Bakıda dəhşətli yanğın - Xəsarət alan var

Hit: 590
Bakıda dəhşətli yanğın - Xəsarət alan var

Bakının Yasamal rayonunda ikimərtəbəli ev yanıb.

Faktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.









Redaktorun seçimi