Bakıda dəhşətli qətl - VİDEO

Hit: 545
Bakıda dəhşətli qətl - VİDEO

Kafedə həmyerlilərin mübahisəsi ağır cinayətlə başa çatıb. Biri digərini bıçaqlayaraq qətlə yetirib.

Faktor.az bildirir ki, ağır cinayət gecə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. Polisə məlumat daxil olub ki, sözügedən qəsəbədə ''Zeytun'' kafesində dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə yerinə dərhal ərazi üzrə 2-ci polis şöbəsinin əməliyyatçıları gəlib.

Məlum olub ki, bıçaqlanaraq öldürülən 35 yaşlı qəsəbə sakini Orucəli Xanızadədir. Meyit müayinə olunmaq üçün rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Ekspertlər onun bədənindən bir neçə bıçaq xəsarəti aşkar ediblər.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əvvəllər məhkum edilmiş Orucəli Xanızadəni öldürməkdə şübhəli bilinən həmyerlisi Etibar Qəhrəmanovu saxlayıb. Saxlanılan şəxs istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Etibar bildirib ki, Orucəli Xanızadəni kafedə onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə vurub.

Faktla əlaqədar Xəzər Rayon Prokurorluğunda cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin baş vermə səbəbi aparılacaq araşdırmadan sonra məlum olacaq. /xezerxeber.az









Redaktorun seçimi