SON XƏBƏR: Azərbaycanda məşhur icra başçısının həbs xəbəri yayıldı - FOTOLAR
Bir müddət əvvəl həbs xəbəri ilə gündəmə gələn Ağdamın sabiq icra başçısının yenə də nəzarət altına alındığı bildirilir.
Faktor.az bildirir ki, ölkə başçısının 6 iyun 2018-ci il tarixli sərəncamı ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Raqub Məmmədovun həbs xəbərləri yayılıb.
İddia olunur ki, Raqub Məmmədovun işdən azad edilməsinə səbəb yeyinti olub.
Məlumata görə, Raqub Məmmədov cəbhəyani kəndlərdə 32 artezian quyusunun pulunu mənimsəyib və heç bir artezian quyusu qazdırmayıb. Bundan əlavə, dövlət büdcəsindən ayrılan vəsaiti özünə yaxın olan MMC-lərlə silib. O da bildirilir ki, sabiq icra başçısı həm də rayonun yolları, işıqlandırılması, abadlaşdırılması üçün ayrılmış pulları mənimsəyib.
Hazırda İcra hakimiyyətində çalışan vəzifəli şəxslərin bildirdiyinə görə, Raqub Məmmədovun yeyintisi ilə bağlı araşdırmalar aparılır.
Ağdama yeni icra başçısının təyin edilməməsinin səbəbi də, aparılan araşdırma və yeyintinin həcminin tam dəqiq bilinməməsi ilə izah olunur.
Qeyd edək ki, R.Məmmədov 2014-2018-ci illərdə Ağdam rayon İcra Hakimiyyətinə başçılıq edib.