Mağazadan pul oğurlayan şəxsin başqa bir cinayəti üzə çıxıb

Hit: 345
Mağazadan pul oğurlayan şəxsin başqa bir cinayəti üzə çıxıb

Mağazadan pul oğurlayan şəxsin başqa bir cinayəti üzə çıxıb.

Faktor.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi, Nəsimi RPİ 19-cu PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il mayın 10-da Nəsimi rayonu ərazisindəki mağazaların birindən 50 manat pul, tütün məmulatı və sərinləşdirici içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tuqay Purdari saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 7-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Əzimovla birgə Abşeron rayonu ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə R.Əzimov da saxlanılıb.









Redaktorun seçimi