Ermənistanda transseksuallar polisə hücum çəkdilər

Hit: 303
Ermənistanda transseksuallar polisə hücum çəkdilər

Ermənistanın paytaxtı Yerevanda cinsi azlıqların nümayəndələri mərkəzi polis idarəsinə hücum çəkərək, hüquq-mühafizə orqanlarının iki əməkdaşını döyüblər.

Oxu.Az xəbər verir ki, buna vətəndaşlardan birinin cinsi azlıqların nümayəndəsinə hücum etməsi olub. Həmin şəxsi polis saxlayıb.

“Zərərçəkmiş tərəf şübhəli şəxsin mərkəzi polis idarəsinə gətiriləcəyini öyrənib, binanın qarşısında toplaşıb və şübhəlini apararkən, qarşıdurma yaranıb. Möhkəm səsdən qonşu binaların narazı sakinlərinin küçəyə çıxması ilə vəziyyət daha da gərginləşib”, - deyə, polisdən bildiriblər.

Polislər toplaşanları sakitləşdirməyə çalışsalar da, “polislərin tolerantlığı lazımi şəkildə qiymətləndirilməyib və ilk baxışdan qadınlar, əslində isə qadın paltarı geyinmiş kişilər və onların tərəfdarları şübhəlini tutmaq üçün idarəyə basqın ediblər. İki polis əməkdaşına bədən xəsarətləri yetirilib, onlardan biri xəstəxanaya çatdırılıb”, - deyə, məlumatda qeyd olunur. 

Polisi yaralayan şəxslər saxlanılıb, Yerevan polisi bildirib.









Redaktorun seçimi