Goranboyda yük maşını maneəyə çırpılıb

Hit: 354
Goranboyda yük maşını maneəyə çırpılıb

Bakı-Qazax avtomobil yolunun Goranboy ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Faktor.az "Report"a istinadən bildirir ki, rayonun Goran qəsəbəsi ərazisi ilə hərəkətdə olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol ayrıcındakı metal maneəyə çırpılıb.

Nəticədə magistral yolda bir müddət qismən tıxac yaranıb. Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda avtomobillərin hərəkəti tam bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi