Zorla qızı qaçıran oğlan: “Qohumun nişanında bəyənmişəm…”

Hit: 295
Zorla qızı qaçıran oğlan: “Qohumun nişanında bəyənmişəm…”
Qohumunun nişanında görüb bəyəndiyi qızı qaçıran oğlan həbs edilib.
 
Sumqayıt polisi Şabran sakini 21 yaşlı Azər Abduləzimovu Şıxəli Soltanovun şikayəti ilə saxlayıb. Adıçəkilən şəxs 2-ci polis bölməsinə məlumat verib ki, 19 yaşlı qızını yaşadıqları Ceyranbatan bağlar massivindən zorla qaçırıblar.
 
Dərhal əməliyyata başlayan polis adam oğurlamaqda şübhəli bilinən Azər Abduləzimovu saxlayıb. Polis qızı Şabran rayonunun Leyti kəndindən taparaq ailəsinə qaytarıb.
 
Polisdən verilən məlumata görə hadisədən sonra qız ifadəsində zorla qaçırıldığını deyib. Hətta oğlan qıza bir neçə dəfə 'səni qaçıracağam' deyəndə qız bunu ona irad tuturmuş.
 
Faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb.(bizimyol.info)








Redaktorun seçimi