Yaşlı qadın intihara cəhd edib

Hit: 577
Yaşlı qadın intihara cəhd edib

Mingəçevir şəhərində intihara cəhd olub.

Faktor.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Bağlar yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1966-cı il təvəllüdlü S.D özünü öldürmək məqsədilə eyni vaxtda 20 müxtəlif dərman həbi içib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi