Qaradağda qəza - 1 ölü

Hit: 428
Qaradağda qəza - 1 ölü

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.

Faktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "VAZ" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1954-cü il təvəllüdlü Hüseynova Elza Hüseyn qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.









Redaktorun seçimi