Bakıda kişi ona ərə gəlməyən qadını - Öldürüb yola tulladı

Hit: 1369
Bakıda kişi ona ərə gəlməyən qadını - Öldürüb yola tulladı

Avqustun 10-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.

Bu barədə  Faktor.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Aparılan təhqiqat nəticəsində məlum olub ki, qətl Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədib.

O, hadisə yerinə Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə gəlib, qətldən sonra isə həmin maşını Şağan qəsəbəsi ərazisində atıb gedib.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

Görülmüş tədbirlərlə Z.Şiriyeva da saxlanılıb, onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Hazırda cinayət işi üzrə zəruri  istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.









Redaktorun seçimi