Bakıda baş verən dəhşətli hadisənin görüntüsü yayıldı - Ölən, yaralanan... - VİDEO

Hit: 7575
Bakıda baş verən dəhşətli hadisənin görüntüsü yayıldı - Ölən, yaralanan... - VİDEO

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Faktor.az  “Report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

***

Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.









Redaktorun seçimi