Vergilər Nazirliyinin departamenti məhkəməyə verildi

Hit: 515
Vergilər Nazirliyinin departamenti məhkəməyə verildi

"Luxe Home" MTK Vergilər Nazirliyi (VN) yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Faktor.az report.az-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTK əsassız hesablanmış vergi faizinin ləğv edilməsi və s. barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan VN-nin departamenti apellyasiya şikayəti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, "Luxe Home" MTK Azərbaycanda tanınmış çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkərlərdən biridir.









Redaktorun seçimi