Yolu keçən piyadanı avtomobil vurdu

Hit: 309
Yolu keçən piyadanı avtomobil vurdu

Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az-a DİN-dən verilən məlumata görə, iyulun 20-də saat 1 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini Nərminə Poladova idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən qəsəbə sakini Azər Bəyməmmədovu vurub. A.Bəyməmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi