AzTV sədrini öldürmək istəyənlərə hökm oxundu

Hit: 234
AzTV sədrini öldürmək istəyənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücaət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş.Əkbərov son söz deyib. O, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Sonra məhkəmə kollegiyası müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ş.Əkbərov 18 il, Z.Şirinov 16 il, Q.Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

A.Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.









Redaktorun seçimi