İki yol qəzası baş verib, ölən və xəsarət alan var

Hit: 748
İki yol qəzası baş verib, ölən və xəsarət alan var

Bu gün axsam saatlarında Ucarda iki yol qəzası baş verib.

Faktor.az APA-ya istinadən bildirir ki, hər iki hadisə Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" markalı minik maşınının yol kənarındakı arakəsməyə çırpılaraq aşması nəticəsində Bakı şəhər sakini Akif Dərgahov hadisə yerində ölüb. Onun 2005-ci il təvəllüdlü oğlu Dərgah Akif oğlu Dərgahov müxtəlif xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İkinci hadisədə isə "Mercedes" və "İsuzi" markalı maşınlar toqquşub. Nəticədə Zərdab rayon sakini, 1987- ci il təvəllüdlü Toğrul İldırım oğlu Vəliyev xəstəxanaya yerləşdirilib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.









Redaktorun seçimi