Aptek satıcısını hədələyib pul aparan şəxs məhkəmə qarşısında

Hit: 399
Aptek satıcısını hədələyib pul aparan şəxs məhkəmə qarşısında

Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliağa Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Faktor.az report-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin edilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il martın 15-də Abşeron rayon Polis idarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılıb.

Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.









Redaktorun seçimi