Azərbaycanın ən kriminal rayonları - ANALİZ - FOTOLAR

Hit: 564
Azərbaycanın ən kriminal rayonları - ANALİZ - FOTOLAR

Hər gün Azərbaycanın bu və ya digər rayonunda kriminal insidentlərlə bağlı məlumat alırıq.

Publika.az oxu.az-a istinadən bildirir ki, ötən ay üçün Azərbaycanın ən kriminal rayonlarının siyahısını hazırlayıb.

Belə ki, iyunun 1-dən 30-dək olan dövrdə baş verən kriminal hadisələri nəzərə alaraq, ölkənin ən təhlükəli və ən sakit regionunu müəyyənləşdirə bildik.

Ölkə üzrə həmin cinayətlərin əks olunduğu cədvəli təqdim edirik:

Qrafikdən göründüyü kimi, Azərbaycanın iyun ayı üzrə ən kriminal şəhəri Sumqayıt (kriminal xarakterli 26 cinayət) olub.

Ən çox oğurluq hadisəsi Abşeron rayonunda (14 cinayət), soyğunçuluq isə Bakının Nəsimi və Xəzər rayonlarında (4 hadisə) qeydə alınıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət bugünkü "reytinq"in lideri olan Sumqayıtda (10 hadisə) baş verib.

Qobustan, Ucar, Şamaxı, Qusar, Daşkəsən, Beyləqanı kriminal cəhətdən ən sakit rayonlar hesab etmək olar. Belə ki, bu rayonlarda iyun ayı ərzində heç bir cinayət faktı qeydə alınmayıb.

Qeyd edək ki, materialın hazırlanmasında Azərbaycan DİN-in gündəlik məlumatlarından istifadə olunub.









Redaktorun seçimi