Azərbaycanda dəhşətli qətl - Bacı qardaşı qanına qəltan etdi

Hit: 443
Azərbaycanda dəhşətli qətl - Bacı qardaşı qanına qəltan etdi
Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq ölüb.
 
Faktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.
 
Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlabaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.
 
Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.








Redaktorun seçimi