"Qazel" aşıb, sürücü ölüb

Hit: 518
"Qazel" aşıb, sürücü ölüb

Cəlilabadda "Qazel" markalı avtomobil aşıb, 1 nəfər ölüb. 

Faktor.az report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib. 

İlkin məlumata görə, həmin ərazidə taxılla dolu "Qazel" markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. 

Nəticədə "Qazel"in sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi