Nabranda dənizdə batan gəncin cəsədi tapıldı

Hit: 232
Nabranda dənizdə batan gəncin cəsədi tapıldı

14 iyul 2018-ci il tarixində Xaçmaz rayonunun Nabran kəndində dənizdə batmış 1996-cı il təvəllüdlü Hacıyev Samir Əkbər oğlunun axtarışları başa çatmışdır.

Faktor.az-ın Fövqəladə Hallar Nazirliynin saytına istinadən verdiyi məlumata görə, S.Hacıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.









Redaktorun seçimi