Xudatda VAZ velosipedçini vuraraq aşıb, 6 nəfər xəsarət alıb

25 dəfə oxunub
Xudatda VAZ velosipedçini vuraraq aşıb, 6 nəfər xəsarət alıb

Bu gün axşam saatlarında Xudat-Nabran yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Faktor.az APA-ya istinadən xəbər verir ki,  "VAZ 2107" markalı maşın yoldan keçən velosipedçini vurub. Daha sonra idarəetməni itirən avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


loading...
loading...

Redaktorun seçimi