Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçdı

74 dəfə oxunub
Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçdı

Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Faktor.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Dadaşova Zəhranı "Jeep" markalı avtomobil vurub. Z.Dadaşova hadisə zamanı ağır kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. O, faktla bağlı axtarışdadır.(report)



Redaktorun seçimi