Təcili yardım avtomobili qəzaya uğrayıb, yaralılar var

115 dəfə oxunub
Təcili yardım avtomobili qəzaya uğrayıb, yaralılar var

23:43

Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az report.az-a istinadən bildirir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub

Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 1984-cü il təvəllüdlü Xasayev Tural Əbulfət oğlu, tibb bacısı, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Telman qızı və təcili yardım maşınındakı xəstənin qohumu, 1966-cı il təvəllüdlü Məmmədova Sevda Mamat qızı xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.

----------

21:58

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az report.az-a istinadən bildirir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Məlumata görə, yaralıların arasında tibb işçiləri də var.

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi