Mingəçevirdə maşın dəmir maneəyə çırpılıb

60 dəfə oxunub
Mingəçevirdə maşın dəmir maneəyə çırpılıb

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.

Faktor.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Mingəçevir-Bahramtəpə avtomobil yoluna çıxış hissəsində baş verib.

İdarəetmədən çıxan "VAZ-2107" markalı avtomobil qəza törədib. Maşın yol kənarındakı yaşıllıqların mühafizəsi üçün quraşdırılmış dəmir mühafizə hasarına çırpılıb. Nəticədə Yevlax rayonundan olan 1987-ci il təvəllüdlü sürücü Quliyev Zahid Köçəri oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


loading...
loading...

Redaktorun seçimi