Azərbaycanda istirahət mərkəzində faciə - Kanat qırıldı, ölən və yaralananlar var

2505 dəfə oxunub
Azərbaycanda istirahət mərkəzində faciə - Kanat qırıldı, ölən və yaralananlar var
Quba rayonunda bədbəxt hadisə baş verib.
 
Faktor.az APA-ya istinadən xəbər verir ki, Qubadakı hotellərdən birində  kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
 
Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi