Xarici kəşfiyyat Azərbaycanın ən məşhur məmurunu necə qanına - qəltan etdi? - Olaylarda şoka salan iddialar

4282 dəfə oxunub
Xarici kəşfiyyat Azərbaycanın ən məşhur məmurunu necə qanına - qəltan etdi? - Olaylarda şoka salan iddialar

“Azərbaycanı qarışdırmaq Rusiya və ya İranın nəyinə lazımdır sualı gündəmdə ağırlığını qoruyur”

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumun səbəbləri barədə cəmiyyətdə ən müxtəlif ehtimal irəli sürülür. Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə açıqlamada isə Elmar Vəliyevə və onun mühafizəsini təşkil edən polis əməkdaşına qarşı tapançadan atəş açıb onları yaralayan Rusiya vətəndaşı Yunis Səfərovun 8 ay İranın Qum şəhərində yaşadığı, daha sonra Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi bildirilir. Qeyd olunur ki, o, Azərbaycanda dövlət çevrilişi etmək və şəriət dövləti qurmaq istəyib. Adıçəkilən rəsmi qurumlar hadisəni terror aktı kimi qiymətləndiriblər.

Elmar Vəliyevin qardaşı, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev isə mediaya açıqlamasında hadisədə erməni və Rusiya izi olduğuna dolayısı ilə işarə etdi. Xanlar Vəliyev bildirib ki, Yunis Səfərov və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır.  Siyasi və təhlükəsizlik ekspertləri isə hesab edir ki, hadisənin arxasında nələrin və ya hansısa dövlətin, yaxud dairələrin dayanıb-dayanmadığını istintaq dəqiqləşdirməlidir.

“Atlas” Araşadırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Gəncədə məlum kriminal olayının arxasında kimlərin dayandığını və ya dayanmadığını istintaq göstərəcək: “Ancaq artıq rəsmilərimiz iki dövlətə dolayısı ilə də olsa işarə ediblər. Biri Rusiya, digəri İrandır. Halbuki, rəsmilərimiz açıqlamalarında hər iki dövləti Azərbaycanın strateji tərəfdaşı adlandırırlar. Rusiyadan başlayaq. Azərbaycanın hərbi prokuroru qardaşını yaralayan şəxs haqqında ”o adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın" açıqlamasını səsləndirdi. Bundan iki nəticə çıxır. Birincisi, Rusiya xüsusi xidmət orqanlarında xeyli erməni əsilli Rusiya vətəndaşı çalışır. İkincisi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı hazırlanan sui-qəsd planında Rusiyanın xüsusi xidmət orqanlarındakı dairələrdən şübhələnməliyik. Elə 1990-cı illərdə də Surət Hüseynovu Gəncədə qızışdıran bəlli mərkəz idi. Hərbi prokurordan fərqli olaraq hakimiyyət içərisində Rusiyanı müttəfiq adlandıranlar çoxdur. Belə çıxır ki, iki fərqli Rusiya var? Biri Azərbaycanın əleyhinə işləyir və xaos yaratmaq istəyir, o biri Azərbaycanla dostluq etmək istəyir. Gəncəni və Azərbaycanı qarışdırmaq Rusiyanın nəyinə lazımdır sualı gündəmdə ağırlığını qoruyur.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Eyni sualı İrana da şamil etmək olar. Doğrudur, cinayəti törədənin İranın Qum şəhərində bir neçə ay yaşaması, o cümlədən Gəncənin icra hakiminin dindarlarla münasibətlərinin soyuq olması İran versiyasının ciddiliyini artırır. Hətta Gəncədə baş verən hadisə ilə eyni günlərdə Avropa ölkələrində bir neçə iranlı diplomat həbs edildi. Həmin diplomatlar Avropa ölkələrində terror olaylarını hazırlayanlara təlimat verməkdə ittiham edilirlər. İran prezidenti Həsən Ruhani Avropa və qonşusu Azərbaycanla münasibətləri korlamaq istəməz. Bu, onun maraqlarına uyğun deyil. Ancaq İranda hakimiyyət bir qüvvədən ibarət deyil. Mən istisna etmirəm ki, İranın mühafizəkar dairələrində Qərb ölkələrində və Amerikanın bölgədəki tərəfdaşlarında problem yaratmaq istəyən qruplar var. Məhz həmin qruplar tətiyi çəkə bilərlər".

Ekspert qeyd etdi ki, bütün hallarda sözügedən cinayət hadisəsi ciddi tədqiq edilməlidir, bəlkə də cinayət şəxsi intiqam zəminində həyata keçirilib: “Ancaq o da faktdır ki, ətrafımızda Azərbaycana problem yaratmaq istəyən mərkəzlər var. Azərbaycanı bir neçə saatlığa işıqsız qoyan Mingəçevirdə baş verən son hadisə də həmin mərkəzlərin maraqlarına cavab verir. Ona görə də çox ciddi araşdırmalara olmalıdır”.


loading...
loading...

Redaktorun seçimi