4 yaşlı uşağın üzərinə qaynar su töküldü
Bu gün Tovuzda azyaşlının üzərinə qaynar su tökülüb.
Faktor.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Abulbəyli kənd sakini, 4 yaşlı Şirinova Esmira Elçin qızının üzərinə qaynar su tökülüb.
Azyaşlı xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərilib. E. Şirinovanın vəziyyəti kafi qiymətləndirilir.