“Bravo” marketdə döyülən satıcı deyil, rəhbər işçidir

Hit: 480
“Bravo” marketdə döyülən satıcı deyil, rəhbər işçidir

Bu gün “Report” xəbər agentliyi Nəsimi rayonunda marketdə satıcının döyülməsi barədə xəbər yaymışdı.

Faktor.az xəbər verir ki,  “Bravo” marketlər şəbəkəsinin “Bülbül Ekspres” filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən  jurnalist Həbibə Abdulla isə qeyd edib ki, xəbər dəqiqləşdirilmədən  yayımlanıb.

“Əvvəla, döyülən mənim bacım oğludur. İkincisi satıcı deyil, orda rəhbər işdə çalışır. Üçüncüsü, o firma əməkdaşı ilə heç bir mübahisə etməyib, firma işçisi istehsal tarixi olmayan mal gətirib və o da vəzifəsinin tələbinə uyğun olaraq qəbul etməyib. Firmanın işçisi dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə başından vurub. Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib. Gecə saat 3-ə qədər biz xəstəxanalarda qalmışıq. Döyən adamı isə sağ olsun polislərimiz, tutub sonra da pulunu alıb buraxıblar. Döyən əclafın yekəsi olsa da, ailəsi fağır və mədəni insanlar idi. Döyülən də mədəni və xeyirxah olduğundan şikayətçi olmayıb”,- deyə Həbibə Abdulla bildirib.

Məsələ çözülmüş hesab olunsa da iki maraqlı məqam qırmızı işıq kimi diqqət çəkir. Döyənin pulunu polisin alıb buraxması  (udan yenə polis olub) və bir də davanın  istehsal tarixi olmayan malı zorla sırımaq üstündə olması.(Bizim.yolinfo)

faktor.az









Redaktorun seçimi