Masallıda "Kamaz" yandı

Hit: 445
Masallıda "Kamaz" yandı

Masallı rayonunun Ərkivan qəsəbəsində "Kamaz" markalı yük avtomobili yanıb.

Faktor.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, avtomobilin kabinə hissəsi, 8 ədəd arxa təkəri və banına yığılmış 1,4 ton ot bağlamasının 600 kq-ı yanıb.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.









Redaktorun seçimi