Dəhşətli QƏZA: Bakıya giriş BAĞLANDI - FOTOLAR

Hit: 765
Dəhşətli QƏZA: Bakıya giriş BAĞLANDI - FOTOLAR

Bakıda yol qəzası baş verib.

Faktor.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

Bakı-Ələt Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, "Qaradağsement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

1
1
1
1
1








Redaktorun seçimi