“Koroğlu”nun çıxışında qadınlar arasında kütləvi dava

Hit: 441
“Koroğlu”nun çıxışında qadınlar arasında kütləvi dava
Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.
 
Faktor.az Report-a istinadla xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.
 
Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.
 
V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.








Redaktorun seçimi