Qusarda itkin düşən ana və azyaşlı qızı belə tapıldı

Hit: 3589
Qusarda itkin düşən ana və azyaşlı qızı belə tapıldı

Qusar rayonunda itkin düşən ana və azyaşlı qızı tapılıb.

Qusar Rayon Polis Şöbəsindən  verilən məlumata görə, rayonun Xürel kənd sakinləri Əsgərova Sveta Arif qızı və azyaşlı övladı Əsgərova Əminə Elmar qızı iyunun 7-də itkin düşmüşdü. Bu barədə polisə S.Əsgərovanın həyat yoldaşı Elmar Əsgərov ərizə ilə müraciət edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Sveta Əskərova və 7 yaşlı qızı rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.









Redaktorun seçimi