İmişlidə 80 fəhlə zəhərlənib

Hit: 512
İmişlidə 80 fəhlə zəhərlənib
İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

Rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər:
 
"Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".
 
İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.
 
İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.(Report)








Redaktorun seçimi