Beton daş parçası 7 yaşlı uşağın üstünə düşüb

Hit: 314
Beton daş parçası 7 yaşlı uşağın üstünə düşüb

Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Faktor.az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi