Şabranda mərkəzi rayon xəstəxanasının ərazisində yanğın olub

Hit: 277
Şabranda mərkəzi rayon xəstəxanasının ərazisində yanğın olub

Şabran rayonunda mərkəzi rayon xəstəxanasının ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xəstəxananın ərazisində "Mercedes" markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.









Redaktorun seçimi