Sumqayıtda avtomobil aşdı: yaralılar var

38 dəfə oxunub
Sumqayıtda avtomobil aşdı: yaralılar var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində baş verib.

Belə ki, yüksək sürətlə  hərəkətdə olan 99-GR -620 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişini ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


loading...
loading...

Redaktorun seçimi