285 saylı bağçada şok olay - Valideyn 20 manat rüşvəti verə bilmədiyi üçün uşağını döydülər - VİDEO

7015 dəfə oxunub
285 saylı bağçada şok olay - Valideyn 20 manat rüşvəti verə bilmədiyi üçün uşağını döydülər - VİDEO
"Bağça müdirinin tələb etdiyi 20 manat rüşvəti verə bilmədiyim üçün uşağımı döydülər".
 
Bu sözləri Faktor.az saytına Rüstəmova Təranə deyib. Şikayətçi iddia edir ki, 285 saylı uşaq bağçasının tələb etdiyi rüşvəti verməkdən imtina etdiyi üçün tərbiyyəçi onun uşağına qarşı zor tətbiq edib:
 
"Xəzər rayonu Binə qəsəbəsindəyerləşən 285 saylı uşaq bağçasında aylıq adı ilə yığılan 20 manat rüşvətə etiraz etdiyimə görə bağçanın müdiri Xudiyeva Səidə məni bağçadan uzaqlaşdırmaq üçün üstümə şər atdı.Guya mən oranın işçilərinə əl-qol atmışam. 
 
Daha sonra işçilərlə birlikdə mənim əleyhimə ifadə verdilər və polisə şikayət etdilər. Polis cinayət işi açsa da  sonra rədd etdi. Daha sonra isə iyrənc əmələ əl atdılat. Tərbiyəçi Təranə Əkbərovaya mənim uşağımı döydürdü. Ayin 14-ü qızım bağçadan gələndən sonra paltarını dəyişəndə bədəninin göyərmiş hissələrini gördüm. Nə olduğunu soruşanda qorxa-qorxa tərbiyyəçi Təranənin adını verdi. Növbəti gün qızımı polisə apardım və ekspertizanın rəyini aldım. Əvvəllər də rüşvətə görə şikayət etdiyim üçün qapıçıya tapşırmışdılar ki, məni içəri buraxmasın. Mən də qapıçı ilə mübahisə etdim. O da bacısı və qohumları ilə üzərimə hücum etmişdilər. 
 
Polisə müraciət etdim, lakin şikayətimə baxmadılar. Məndən sonra onlar polisə şikayət etdi, amma onların şikayətinə baxıldı. Onların yalançı şahidlərinə inanaraq polis 510-cu maddəyə əsaslanıb məni 100 manat cərimə etdi. Bundan başqa orda uşaqlara çox pis baxırlar və dövlətin göndərdiyi yeməkləri də oğurlayırlar. Oğurluqla bağlı əlimdə olan görüntüdə bir nəfəri çəkə bildim. Lakin orda 3 nəfər qadın dövlətin göndərdiyi ərzaqları bağçadan çıxarırdılar.
 
Məhkəmə prosesində hakim Təranə Əkbərovadan təhsilini soruşdu. O da cavab verdi ki, orta təhsillidi. Mən magistaturanı qırmızı diplomla bitirmişəm və uzun müddət müəllim kimi fəaliyyət göstərmişəm. Bunu ona görə deyirəm ki, haqqlarımı bilirəm. Lakin bu ölkədə haqqını tələb edən insana başqa ad qoyurlar. Müstəntiq Anar Bəxtiyarov bağçanın müdiri Xudiyeva Səidənin vəzifəli şəxsin qızı olduğunu deyib. Ona görə də onun rüşvətxorluğuna hər kəs göz yumur".
 
Məsələ ilə bağlı 285 saylı bağçayla əlaqə saxladıq. Müdir müavini olduğunu deyən şəxs bildirdi ki, bağçada bu cür hal yaşanmayıb və həmin şəxs fırıldaqçıdır:
 
"O qadın fırıldaqçının biridir. Biz də bu cür hal yaşanmayıb. Həmin Təranə Rüstəmovanı polisə şikayət etdik və polis onu cərmələdi".
 
Lalə
 
 
 


loading...
loading...

Redaktorun seçimi