Həkim həmkarları ilə birlikdə həyat yoldaşının "sevgilisini" - qaçırmaq istədi

380 dəfə oxunub
Həkim həmkarları ilə birlikdə həyat yoldaşının "sevgilisini" - qaçırmaq istədi
Türkiyənin Trabzon şəhərində həkim Tahsin Y. təxminən bir il əvvəl ikinci dəfə H.Y. ilə evlənib.
 
Faktor.az xəbər verir ki, cütlük bir müddət sonra yola gedə bilməyib və boşanmağa qərar veriblər. İddialara görə, Tahsin Y. ayrı yaşadığı həyat yoldaşını təqib etməyə başlayıb. Tahsin Y. yoldaşı və rəfiqələrinin yanındakı Ö.Y. adlı adamla mübahisə etməyə başlayıb. Daha sonra Ö.Y. avtomobilinə minərək uzaqlaşmaq istəyib. Lakin Tahsin Y. onu təqib etməyə davam edib. Üstəgəl, xəstəxanadkı həmkarlarından da kömək istəyib.
 
Ö.Y.-nin iddiasına görə, 6 nəfər onu silahla təhdid edərək qaçırmaq istədiklərini, telefonunu alıb və şəklini çəkib paylaşdıqlarını bildirib və polisə bununla bağlı şikayət edib.
 
Tahsin Y.-nın bütün bu iddiaları rədd etməsinə rəğmən məhkəmə onun və digər dostlarının "təhdid və özəl həyata müdaxilə" maddələri ilə 4 ildən 13 ilə qədər həbsini istəyib.
 
Banu//Faktor.az



Redaktorun seçimi