14 yaşlı qız özünü binadan atdı - Telefon üstündə

141 dəfə oxunub
14 yaşlı qız özünü binadan atdı - Telefon üstündə
Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.
 
Faktor.az xəbər verir ki, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib.
 
2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.
 
Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.


loading...
loading...

Redaktorun seçimi