Azərbaycanda məmur sükan arxasında can verdi - Xilas etmək mümkün olmadı - FOTOLAR

1773 dəfə oxunub
Azərbaycanda məmur sükan arxasında can verdi - Xilas etmək mümkün  olmadı - FOTOLAR
Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.
Faktor.az  oxu.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan "KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.
Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.
Həmçinin mərhumun rayonlardan birində şöbə rəisi olduğu qeyd edilib.
Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır.

Sumqayıtda şöbə rəisi yanacaqdoldurma məntəqəsində öldü – FOTO

 

 


loading...
loading...

Redaktorun seçimi