Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident - Hərbçi yaralandı

334 dəfə oxunub
Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident - Hərbçi yaralandı
Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.

Faktor.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

 Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: “Əsgərlərdən birinin  əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.


loading...
loading...

Redaktorun seçimi