"Oxlovu götür, otağa keç, soyun..." - Otaqda əmlakçı ilə tutdu... - FOTOLAR

Hit: 3354
"Oxlovu götür, otağa keç, soyun..." - Otaqda  əmlakçı ilə tutdu... - FOTOLAR

Türkiyənin Buca ərazisində yaşayan qadın S.C əri tərəfindən  şiddətə məruz qaldığı üçün 2017 ci ilin 9 avqustunda evi tərk edib. Sonrada ev tapmaq üçün əmlakçıya müraciət edib. Lakin əri qadının tanımadığı nömrə ilə mesajlarını görüb.

Uğur C. həyat yoldaşına oxlovu götürməyi və otağa getməyi tapşırıb. Qadın qorxusundan dediklərini edib. Uğur C. otağa daxil olub oxlov ilə həyat yoldaşını döyüb, barmağını qırıb. Daha sonra isə kəməri ilə həyat yoldaşının ayaq və qalça nahiyələrinə zərbələr endirib.

Qadın yaxın qohumu ilə polisə şikayət edib, lakin polis Uğur C-nin ifadəsini aldıqdan sonra onu sərbıst buraxıb. Vəkilinin vasitəsilə qadın bir daha ittiham qaldırıb və hakimə qadının döyülmüş halda olan şəkillərini də göndərib. Bundan sonra məhkəmə günahkar Uğur C-yə 7 il 3 aydan 27 il  3 aya qədər həbs cəzası verilib.

Daha sonra məhkəmə prosesində Uğur C-nin vəkili Selin Əsər qadının həyat yoldaşını aldatdığı və telefonda əmlakçı ilə uzun müddətli telefon zənglərinin olduğu iddiasını irəli sürüb.

Qarşı tərəf isə sadəcə Uğur C-nin vəziyyətdən yayındığını deyib, həbs cəzasının uzadılması məsələsinə baxılmasını istəyib.

Hakim işə yenidən baxılması üçün məhkəmənin ertələnməyi haqqında qərar verib və mühakimi sərbəst buraxıb.

Xəsarət alan tərəf isə buna öz etirazını bildirib və mövcud şəraitdən qorxduğunu deyib.

Pəri Əlisoy/ Faktor.az









Redaktorun seçimi