Daha bir məktəbdə müəmmalı şagird ölümü

Hit: 550
Daha bir məktəbdə müəmmalı şagird ölümü
Biləsuvar rayonunda şagird məktəbdə ölüb.
 
Faktor.az Report-a istinadən xəbər verir ki, rayonun Amankənd kənd sakini, 6-ci sinif şagirdi, 2006-ci il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.
 
Məlumata görə, məktəbli axrıncı dərsdən evə gedərkən, qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun nədən vəfat etdiyi hələlik məlum deyil. Lakin sudurğa xəstəliyinin olduğu bildirilir.
 
Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon şöbəsində müayinə edilir.
 
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.








Redaktorun seçimi