Sumqayıtda tələbələr arasında kütləvi dava - ağır yaralı VAR

Hit: 548
Sumqayıtda tələbələr arasında kütləvi dava - ağır yaralı VAR
Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.
 
Faktor.az Report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.
 
Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.
 
Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi