Samur-Abşeron kanalından tapılan qızın kimliyi bəlli olub

328 dəfə oxunub
Samur-Abşeron kanalından tapılan qızın kimliyi bəlli olub

Siyəzən rayonunun Ağbaş kəndi ərazisində Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Faktor.az-ın məlumatına görə, onun Şabranın Ağbaş kənd sakini, 2002-ci il təvəllüdlü Məcidova Mədinə Tahir qızı olduğu məlum olub.

Qeyd edək ki, həmin şəxsin meyiti bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində aşkar edilib.



Redaktorun seçimi