Bakıda uşaq evi talandı - Oğru yeniyetmə imiş

303 dəfə oxunub
Bakıda uşaq evi talandı - Oğru yeniyetmə imiş

DİN-dən  verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki "SOS" uşaq evindən 3 ədəd noutbuk, 2 ədəd monitor və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisindəki kompüter oyunları salonlarından birindən 4 ədəd oyun aparatı, 12 ədəd pult və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İbrahim Xanverdiyev və yeniyetmə qardaşı saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

 


loading...
loading...

Redaktorun seçimi