Keçmiş "Nida"çı Almaniyada saxlanılıb - Azərbaycana deportasiya oluna bilər - FOTOLAR

Hit: 710
Keçmiş "Nida"çı Almaniyada saxlanılıb - Azərbaycana deportasiya oluna bilər - FOTOLAR

NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Rəşad Həsənov Almaniyada saxlanılıb. Azərbaycana deportasiya olunması gözlənir.

Faktor.az-ın məlumatına görə, o, bu barədə öz Tvitter hesabında yazıb. Bildirib ki, hazırda təknəfərlik kamerada qalır: “14.00-19.00-da kameranın qapısını açırlar. Bu müddət ərzində 2 saatlıq da binanın qapısını açırlar. Telefon istifadəsinə kameranın qapısının bağlayandan sonra icazə verirlər, amma mənim telefonumun kamerası çıxıq olduğu üçün əvəzində köhnə Nokia verirlər”.

Daha sonra qeyd edib ki, hazırda kompüter otağında olduğu üçün internetdən istifadə edə bilir: “Cəmi üç kompüter var. Yemək və digər şeylər üçün şərait normal olsa da, heç bir cinayət törətmədən belə bir yerdə olmaq adama pis təsir edir. Azı səkkiz həftə bu xarabada qalacam” - deyə o, əlavə edib.

Qeyd edək ki, 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Həsənov barəsində hökm oxunmuşdu və 7 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə əfv olunandan sonra Almaniyaya köçmüşdü.

 

1








Redaktorun seçimi