Jurnalist Əfqan Muxtarlının şikayəti təmin edilməyib

298 dəfə oxunub
Jurnalist Əfqan Muxtarlının şikayəti təmin edilməyib

Şəki Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Faktor.az-ın məlumatına görə, Şəki Apellyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Əfqan Muxtarlının şikayəti təmin edilməyib.

Qeyd edək ki, ittihama görə, Ə.Muxtarlı ötən il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddələri ilə ittiham irəli sürülüb. Balakən Rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. /Report/


loading...
loading...

Redaktorun seçimi