Şirvanda 14 yaşlı qızı maşın vurdu - Vəziyyəti ağırdır - FOTOLAR

Hit: 1190
Şirvanda 14 yaşlı qızı maşın vurdu - Vəziyyəti ağırdır - FOTOLAR

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Faktor.az-ın xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Şirvan sakini Əhmədzadə Leyla Vaqif qızını vurub.

 

Kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

 

Hadisə zamanı yolda hərəkətdə olan digər “Mercedes” markalı avtomobil toqquşmadan yayınmaq üçün manevr edəndə ağaca çırpılıb.

 

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

 

1








Redaktorun seçimi