Jurnalist Qaz idarəsindən Daxili İşlər Nazirliyinə şikayət etdi

Hit: 678
Jurnalist Qaz idarəsindən Daxili İşlər Nazirliyinə şikayət etdi

Jurnalist Şəfayət Avilbəyli Qaz idarəsindən  Daxili İşlər Nazirliyinə şikayət edib.

Faktor. Az xəbər verir ki, Şəfayət Avilbəyli yaşadığı Sabunçu ərazisində gəlməyən qazın səbəbini soruşmaq üçün dəfələrlə Sabunçu rayonu Qaz idarəsi ilə əlaqə saxlamağa çalışıb. Onun sözlərinə görə, 104 və 185 qaynar xətti ilə əlaqə yaratmaq istəsə də onun şikayətinə və zənglərinə məhəl qoyan omayıb.

Şəfayət Avilbəyli cavabsız qalan şikayətlərini və Sabunçu rayon Qaz İdarəsini Daxili İşlər Nazirliyinin qaynar xətti 102-ə şikayət edib.

Qaynar xəttdən şikayətin qeydə alındığı bildirilib.

 









Redaktorun seçimi